Kapadokya

Kappadokiya Yerli əhalinin dilində: "Dünyanın səkkizinci möcüzəsi". Kappadokiya Türkiyənin Nevşehir vilayətinə bağlı Ürgüp rayonu ilə Uçhisar- Avanos üçbucağı arasında yerləşən vadilərdə, Ürgüp-Şahinefendi arasındakı bölgədə Nevşehir Çat qəsəbəsi ətrafında, Kayseri Soğanlı vadisində ve Ağsaray Selimə kəndi ətrafında yerləşən bölgənin adıdır.. Türkiyədə dünyanın hər yerindən turistləri özünə cəlb edən möcüzəli bir rayon var.O , duzlu və dayaz , lakin geniş Tuz gölünün şərqində yerləşir və Kappadokiya adlanır.Bəzən tünd süxurlardan çələng qoyulan ağ və sarı rəngli şiş uclu qayalar,qədim zamanlardan qalmış çoxlu sayda mağaralar, yaşayış yerləri, habelə qayalardan yonulan xristian məbədləri və ibadətxanaları buranın görməli yerlərindəndir.

My default image